Döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır- Hikmət Hacıyev

Meydanda qalan döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin digər beynəlxalq tərəfdaşlarla görüşünə dair “X” platformasında qeyd edib.

“Mülki-hərbi əməkdaşlıq konsepsiyası çərçivəsində Azərbaycanın hərbi və mülki şəxsi heyəti mülki şəxslərə yardım edir və bundan sonra da edəcək”, – Prezidentin köməkçisi qeyd edib.

Əvvəlki məqalə

Rəsmi Bakı BQXK-nın Xankəndi şöbəsinə əlavə heyətin göndərilməsinə tərəfdardır

Sonrakı məqalə

Çingiz Abdullayev Qarabağla bağlı Avropa yazıçılarına müraciət etdi