“Dünən məşhur oteldə baş verən o biabırçı hadisə dözülməzdir” –

İlham Əliyev “Fairmont”da baş verənlərdən danışdı
06 İyul 2020 - 21:16

“Xəstəliyin yayılmasının səbəbi bəzi insanlarınn məsuliyyətsizliyidir. Sadə qaydaları onlar gözləmirlər, əməl etmirlər. Biz məcbur olduq cərimələri artırdıq. Bəzi hallarda sərt addımlar atılır. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidir”. 

Bu sözləri Prezident İlham Əliyev  telekanallara verdiyi müsahibəsində deyib.

Dövlət başçısı ötən gün “Fairmont” hotelində karantin rejiminin pozulması ilə bağlı məsələyə də toxunub: “Biz görürük ki, insanlar nümayişkəranə şəkildə bu rejimi pozurlar. Dünən məşhur oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə də Azərbaycan polisi düz edib müdaxilə edib. Mənim tərəfimdən çox ciddi göstəriş verilib ki, bütün pozuntulara reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil. İstər yerli şirkət olsun, istər xarici şirkət. Biz xalqımızın sağlamlığını qorumalıyıq”