Bayram günü 32 cinayətin üstü “isti izlərlə” açılıb, 32 nəfər saxlanılıb –DİN

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Əvvəlki məqalə

“Putin 9 mayda Ukraynaya rəsmən müharibə elan edə bilər” –

Sonrakı məqalə

“Belə etmək olmaz” –