Dünən cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb –DİN

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılıb.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidmətinin məlumatında deyilir.
Əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 68 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.
Əvvəlki məqalə

Moldovanın keçmiş Prezidentinin evində axtarış aparılır –

Sonrakı məqalə

Zelenskinin intihar xəbərini kim yayıb? –