Dünya Bankı Ukraynaya 3 milyard ayıracaq

Dünya Bankı Ukraynaya 3 milyard dollarlıq dəstək paketi hazırlayır.

Azpost.info xəbər verir ki, bu barədə bankın prezidenti Devid Malpas açıqlama verib. Onun sözlərinə görə, yardım paketi yaxın aylarda ayrılacaq. Ukraynalı qaçqınları qəbul edən qonşu ölkələrə də əlavə dəstək veriləcək.

İndiki mərhələdə isə Kiyevə “Ukraynanın iqtisadi fəlakətdən çıxmasının maliyyələşdirilməsi” adı altında 489 milyon dollarlıq büdcə dəstəyi veriləcək. Dəstək paketi martın 7-də Dünya Bankı tərəfindən təsdiqlənib. “Dünya Bankı qrupu Ukrayna xalqının yanındadır Bu, böhranın geniş insan və iqtisadi təsirini aradan qaldırmağa kömək etmək üçün atdığımız bir çox addımlardan birincisidir”, – Devid Malpas bildirib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yaponiya Peskov və Ramzan Kadırova sanksiya tətbiq etdi

Sonrakı məqalə

Məşhur “Fitch” reytinq Agentliyi Rusiyada fəaliyyətini dayandırır