Dünyada COVİD-ə yoluxanların sayı nə qədərdir? –ÖLKƏLƏR VƏ RƏQƏMLƏR

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 600 minə yaxın olub.

Pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytı xəbər verir ki, ötən sutka ərzində 598 min 902 nəfər yeni koronavirusa yoluxub, 7 min 913 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 267 milyon 371 min 32, ölənlər isə 5 milyon 286 min 309 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (107 min 642 nəfər) və bu xəstəlikdən ölüm faktı (1722 nəfər) ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (50,2 milyon), Hindistan (34,6 milyon), Braziliya (22,1 milyon), Böyük Britaniya (10,5 milyon), Rusiya (9,8 milyon), Türkiyə (8,9 milyon) və Fransada (7,9 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

30 il əvvəl Azərbaycan İslam Əməkdaşlığı Təşkilatına üzv seçilib –