Beynəlxalq kredit reytinqi təşkilatı Fitch Ratings qlobal iqtisadi fəaliyyətlərin 2020-ci ildə 1.9% azalacağını gözləyir.
Marja xəbər verir ki, təşkilata görə, ABŞ iqtisadiyyatı bu il 3.3% kiçiləcək. Avro Bölgəsində isə ümumi daxili məhsul (ÜDM) 4.2% geriləyəcək. İngiltərə iqtisadiyyatı 3.9% kiçiləcək.
Çin iqtisadiyyatı da qlobal böhranın təsiri ilə sərt bir şəkildə məhdudlaşacaq. Təşkilata görə, dünyanın ən böyük ikinci iqtisadiyyatı illik 2%-dən aşağı artacaq.
Fitch-ə görə, ABŞ və Avropa iqtisadiyyatları 2021-ci ilin sonuna qədər “virus əvvəli” səviyyələrə qayıda bilməyəcək.
Təşkilat 2020-ci il Brent nefti qiymət proqnozunu 35 dollar səviyyəsinə endirib.
Fitch, virusun nəzarət altına alına bilinməməsi vəziyyətində daha pis təsirləri ola biləcəyi xəbərdarlığını edib.