Dünyada koronavirusa yoluxanların sayı 14 milyon nəfəri keçib - ÜST
Dünyada koronavirusa yoluxanların sayı 14,3 milyon nəfəri keçib.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 230 minə yaxın yoluxma qeydə alınıb. Bununla yanaşı, pandemiya qurbanlarının ümumi sayı 600 mini ötüb.
Son sutkada dünyada koronavirusa 229 780 yoluxma qeydə alınıb, 5 111 nəfər ölüb. Bununla da dünyada koronavirusa yoluxanların sayı 14 348 858 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 603 691 nəfər təşkil edir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Vuhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...