Dünyada koronavirusa yoluxma hallarının sayı 7,8 milyon nəfəri ötüb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST-ün məlumatına görə, dünyada 431 mindən çox insan COVID-19-dan ölüb.
Qeyd edilir ki, infeksiyanın aşkarlandığı 213 ölkədə və bölgədə virusa yoluxma hallarının sayı 7 823 289-a çatıb, koronavirusdan 431 541 pasiyent ölüb.
Dünyada son gün ərzində təhlükəli virusa 132 581 yoluxma qeydə alınıb. Pandemiya qurbanlarının sayı 3 911 nəfər artıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.