Dünyada koronavirusa yoluxanların sayı 7,8 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxma hallarının sayı 7,8 milyon nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına görə, dünyada 431 mindən çox insan COVID-19-dan ölüb.

Qeyd edilir ki, infeksiyanın aşkarlandığı 213 ölkədə və bölgədə virusa yoluxma hallarının sayı 7 823 289-a çatıb, koronavirusdan 431 541 pasiyent ölüb.

Dünyada son gün ərzində təhlükəli virusa 132 581 yoluxma qeydə alınıb. Pandemiya qurbanlarının sayı 3 911 nəfər artıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ÜST-ün nümayəndəsi bizə “Evdə qal”dedi, özü Qubaya dincəlməyə getdi –

Sonrakı məqalə

Ermənilər atəşkəsi 26 dəfə pozub