Dünyada koronavirusdan ölənlərin sayı 700 mini ötüb

05 Avqust 2020 - 09:38

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayı 700 647 nəfərə çatıb.

Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Koronavirusdan ölüm halları daha çox ABŞ (156,7 mindən çox), Braziliya (95,8 mindən çox) və Meksikada (48,8 mindən çox) qeydə alınıb.

Dünya üzrə 18,4 milyon nəfərdə COVID-19 aşkarlanıb. (APA)