Dünyada mənşəyi məlum olmayan hepatit yayılır –ÜST

Dünyada mənşəyi məlum olmayan hepatitlə bağlı 1 010 hal aşkar edilib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qurum bildirir ki, 22 halda xəstəlik ölümlə nəticələnib.

Mənşəyi məlum olmayan hepatitin ilk kütləvi yayılması aprelin 5-də Böyük Britaniyada qeydə alınıb. Xəstəlik əsasən 10 yaşlı uşaqlar arasında yayılır. Dünyada qeydə alınmış xəstələrdən 484-ü Avropadadır ki, bunlardan 272-si Britaniyanın payına düşür. Xəstəlik sayına görə ikinci yerdə isə 435 nəfərlə Amerika gəlir.

Əvvəlki məqalə

“İntihara cəhd etməyim barədə xəbər yalandır” –

Sonrakı məqalə

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından iki il ötür