Dünyada son 24 saatda 490 mindən çox yoluxma qeydə alınıb –

ÜST
21 Mart 2021 - 09:19

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 494 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 494 917 nəfər yeni koronavirusa yoluxub, 9 921 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 121 969 223, ölənlərin isə 2 694 094 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.