Dünyada son bir həftə ərzində koronavirusa rekord yoluxma qeydə alındı

Dünyada son bir həftə ərzində 2,8 milyon insan koronavirusa yoluxub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd edilir ki, bu, pandemiyanın başlanğıcından rekord göstəricidir.

“Son həftə ərzində COVID-19-a 2,8 milyondan çox yeni yoluxma və virusdan təxminən 40 min ölüm qeydə alınıb”, – ÜST-ün informasiya bülletenində deyilir.

Virusa ən çox yoluxma Avropada artıb. “Köhnə qitə”də COVID-19-a bir həftə ərzində 1,33 milyondan çox yeni yoluxma aşkarlanıb. Şimali və Cənubi Amerikada 884 min nəfər təhlükəli infeksiyaya yoluxub. Cənub-şərqi Asiyada bu rəqəm 445 min nəfər təşkil edib.

Pandemiyanın başlanğıcından dünyada koronavirusa ümumilikdə 44 milyon yoluxma qeydə alınıb, təhlükəli infeksiyaya yoluxmuş 32 milyon insan sağalıb, 1,1 milyondan çox insan ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Daha neçə günahsız insan həlak olmalıdır ki, dünya bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?” –

Sonrakı məqalə

Düşmən Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində geri oturdulub