Dünyada son sutkada koronavirusa yoluxanların sayı 513 mindən çox artıb –

ÜST
22 Mart 2021 - 10:47

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 513 mindən çox artıb.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 513 min 797 nəfər yeni koronavirusa yoluxub, 9 min 984 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 122 milyon 524 min 424, ölənlərin isə 2 milyon 703 min 620 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.