Dünyada son sutkada koronavirusa yoluxanların sayı 513 mindən çox artıb –ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 513 mindən çox artıb.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 513 min 797 nəfər yeni koronavirusa yoluxub, 9 min 984 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 122 milyon 524 min 424, ölənlərin isə 2 milyon 703 min 620 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qanunla Davtyan Baş Qərargah rəisi təyin edilmiş sayılır” –

Sonrakı məqalə

236 ictimai iaşə obyektində monitorinq keçirilib –