Dünyanı dəyişdirmiş məşhur körpələr –Siyasətçilərin uşaqlıq FOTOLARI

Tarixidə iz qoymaq olar. Amma səni necə xatıralayacaqları da mühüm sualdır.

Dahi Viktor Hüqo “dünyada uşaq qığıltısan təntənəli himn yoxdur” deyib.  Uşaqlar kim olmağı arzulamırlar ki? Həkim, polis, müəllim, kosmonavt…

Amma taleyinə dünyanı dəyişdirmək, onun tarixini yenidən yazmaq düşmüş  uşaqlar da olub.

Fotolarda onlar məsumdurlar. Hərə öz dövrünün ümidlərini daşıyır. Amma təqdim etdiyimiz bu körpələrin qismətində dünyanı qana çalxalamaq, böyük insan faciələri ilə nəticələnəcək səhvlər, bəşəriyyətin ümidlərini daşımaq missiyası düşübmüş…

Azpost.info   dünyanın tanınmış dövlət xadimlərinin körpəlik fotolarını təqdim edir:

 

İosif Cuqaşvili-Stalin:

Bir az eqoist ədası ilə fotoda poz verən balaca İosif bəşəriyyəti  yeni formasiyaya aparacaq siyasi fırtınanın lideri olacaq.  Taleyinə milyonları sürgündə çürütmək, böyük repressiayar, Böyük Vətən Müharibəsindən qalib çıxmaq və Avropanı bölmək düşəcək.  “Xalqlar ata”sı olacaq…

Adolf Hitler:

Bu körpənin məsum üzündə  gələcək qəddarlığından nişanə belə yoxdur.   Alman xalqını birləşdirərək onu özünün nasional-sosilazm ideyasında darmadağın edən Adolf bəşər tarixini tar-mar edəcək müharibənin səbəbkarı olacaq.

 Uniston Çörçill:

Marlboro aristokrat nəslindən olan  uşağın zadəgan ədası ilə pozası İngiltərə üçün xarakertikdir.  Bu uşaq böyüyəcək və  əlində siqar dünya siyasi xəritiəsinin yeni memarlarından olacaq. Qərblə SSRİ  arasında  “dəmir pərdə”nin  əsasını qoyaraq məşhur Fulton çıxışı ilə “soyuq müharibə”nin ideoloquna çevriləcək.

Con Kennedi:

Bütün dünyanın həyəcanla gözlədiyi nüvə müharibəsinin düyməsinin bir addımlığında oturmaq qismətini yaşadı.. Karib böhranı onu tarixə yazdı.  Kennedi iki ideoloji sistemin-kapitalizm və sosializmin dinc yanaşı yaşamasını isbat etməyi bacardı.

Mixail Qorbaçov:

Yenidənqurma onun üçün SSRİ-ni islah etmək cəhdi idisə, tarix üçün böyük bir formasiyanın dağılmasının ilkin siqnalı oldu.  Balaca Mişanın gələcək taleyinə ABŞ-la “soyuq müharibə”ni dayandırmaq yazılsa da SSRİ-nin suqutu kimi epoxal hadisəyə səbəbkar olmaq da vardı.

Ronald Reyqan:

Gələcəkdə kinoaktyor olacaq bu uşaq üçün dünya elə böyük çəkiliş meydanı kimi də qaldı.

Marqaret Tetçer:

“Dəmir Ledi” İngiltərə tarixinə “tetçerizmi” yazmaqla mühafizəkar baxışların iti müdafiəçisi kimi düşdü.  Fəhlə aksiyalarının qənimi olacaq Tetçer  uşaq vaxtı yaşadığı müharibənin dəhşətini bütün ömrü boyu gəzdirdi. Almaniyanın birləşməsini qətiyyən istəməyən Marqaret  almanların yenidən qayıda biləcəyindən qorxurdu.

Corc Buş:

12 sentyabr, İraqa hucum, Yaxın Şərqdəki qan çanağı bu balaca Buşun adı ilə bağlanacaq. “Xalqlara demokratiya” şüarı müsəlman ölkələrində dizə çıxan qanla müşayət olunacaq. Yaxın Şərqin 60-cı illərdən sonar formalaşmış düzəni darmadağın olacaq.

Səddam Hüseyn:

İraq xalqına ümid gətirəcək bu uşaq geopolitik güclərin davasında buraxdığı səhvlərinə görə öz xalqına acılardan başqa bir şey verməyəcək.   Onu edam edəcəklər. Ərəb dünyasının sonuncu sosialistlərindən olan Səddam dar ağacındakı son nəfəsində Quran oxuyaraq əbədi gedəcək.

 Vladimir Putin:

Rusiyanı “vahiməli 90-lardan” xlas edəcək bu uşaq SSRİ-nin gizli nostaljisini daim daşıyacaq. Bu gün üçün Putin ən ciddi avtoritet sayılır, amma SSRİ suqut etmsəydi o indi yəqin ki, KQB idarələrinin ortabab məmurlarından idi.

 Barak Obama:

Çürük dişləri ilə gülümsəyən balaca Barak böyük Amerikanın ayaqları altında olacağını bəlkə də ağlına da gətirməyib.  Amma Obamanın payına dünyanın ən mürəkkəb dövründə prezidentlik etmək yazılıbmış.

Bəşər Əsəd:

İndi bütün dünya fotodakı bu uşağın devrilməsi üçün əlləşir. Göz həkimi olacaq Bəşərin Londondakı həkim arzularına böyük qardaşının qəfil ölümü son qoyacaq. Atası Hafiz Əsəd varis kimi Bəşərin üzərində dayandı. Suriya üçün islahatçı olmağa and içən doktor Bəşər indi əcinnəyə çevrilib.  Onun təşəbbüsü ilə Suriyada fəaliyyətə başlayan internet indi Əsədin qəbirqazanına dönüb.

 

Bu da ABŞ prezidenti Trampdır:

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tofiq Zülfüqarov:

Sonrakı məqalə

Ermənistan ordusu Tovuz, Qazax və Gədəbəydəki mövqelərimizi atəşə tutub