Dünyanın ən qoca meymununun 66 yaşı tamam oldu –-FOTO

Berlin zooparkında dünyanın ən yaşlı qorillasının 66 yaşı tamam olub.

Bu barədə məlumat Berlin zooparkının instaqram səhifəsində yer alıb.

Fatou adlı bu qorillanın qarşısına üzərində “66” rəqəmi yazılmış meyvə və giləmeyvə səbəti qoyulub.

Qeyd edək ki, qorillalar adətən 35-50 il yaşayır. 2017-ci ildə ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərindəki zooparkda ən yaşlı qorilla 60 yaşında ölüb.

Əvvəlki məqalə

“Videoları görəndə ürəyim parçalanır” –

Sonrakı məqalə

Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiya paketini hazırlayır