Dünyanın ən zəngin insanları altı ayda 1,4 trilyon dollar itirib- “Bloomberg”

Dünyanın 500 ən varlı adamı 2022-ci ilin birinci yarısında 1,4 trilyon dollar itirib.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunan dövr ərzində İlon Maskın sərvəti təxminən 62, Ceff Bezosun sərvəti 63 milyard dollar azalıb. Mark Zukerberqin sərvətində iki dəfədən çox azalma olub.

Əsas səbəb yüksək inflyasiya ilə mübarizə üçün mərkəzi banklarda uçot dərəcələrinin sürətlə artmasıdır ki, bu da yüksək riskli aktivlərə, o cümlədən şirkətin səhmlərinə təsir göstərir.

Azpost.info

Əvvəlki məqalə

D vitamini sümüklərdə kalsiumun artmasına səbəb olur

Sonrakı məqalə

Özbəkistanda iğtişaş törədənlər tutulub