Düşmən ağır itkilərə məruz qalıb –

VİDEO
03 Noyabr 2020 - 16:10

Noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.