Düşmənin döyüş sursatı yüklənən hərbi yük maşınları partladılıb –

RƏSMİ
01 Noyabr 2020 - 12:52

İşğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
“Buna görə də düşmən sərəncamında olan bütün sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır.
Oktyabrın 31-də axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı sursatla dolu iki yük maşının daldalandığı yer müəyyən edilib. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilib.
Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik”, – deyə məlumatda bildirilir.