Düşmənin 1-ci ordu komandanın müavini, polkovnik Artur Sarqisyan məhv edilib –Düşmən xeyli sayda itki verərək geri çəkilib (RƏSMİ)

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib.

Görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanın müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib.

Bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qubadlının işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin görüntüləri yayıldı –

Sonrakı məqalə

“Charlie Hebdo” jurnalının Ərdoğanı hədəfə almasını kəskin şəkildə qınayırıq” –