Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib –İki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb (VİDEO)

Oktyabrın 31-də günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobil texnikasının mövqelərimiz istiqamətində hərəkəti müşahidə edilib.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Məlum olub ki, Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərib. Düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan çıxarılıb və kəşfiyyat-diversiya qrupu pərən-pərən düşərək qaçmağa başlayıb. Həmin qrupun üzvlərinin ərazini tərk etmələri üçün “Kamaz” markalı ikinci avtomobilə minmələri də müşahidə edilib. İçərisi silahlı hərbçilərlə dolu olan bu avtomobil də istiqamətlənmiş dəqiq atəş zərbəsi ilə dərhal məhv edilib”, – deyə qeyd olunub.

Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Əməliyyatları yekunlaşdırmaq üçün bizim bir yolumuz var” –

Sonrakı məqalə

Baş Prokurorluq axtarışda olan Vaaqn Çaxalyanla bağlı məlumat yayıb