“E-Polis” mobil tətbiqi ilə məhkumluq haqqında arayış almaq olar

E-Polis mobil tətbiqi vasitəsilə məhkumluq haqqında arayışı bir kliklə əldə etmək mümkündür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bunun üçün tətbiqdə “Yeni müraciətlər” bölməsinə keçid edərək, “Məhkumluq haqqında arayış” bölməsinin üzərinə toxunmaq lazımdır. Yeni müraciət üçün ilk olaraq müraciət edəcəyiniz məntəqəni seçib “Növbəti” düyməsini sıxırsınız. Burada şəxsi məlumatlarla tanış olduqdan sonra ərizəni oxudum kimi işarələyib, “Tamamla” düyməsini sıxmağınız kifayətdir.

Beləliklə, siz heç bir yerə getmədən məhkumluğa dair elektron imza ilə təsdiqlənmiş arayış əldə etmək mümkündür.

E-Polis vasitəsilə əldə olunan sənəd digər bütün qurumlar tərəfindən rəsmi sənəd kimi qəbul olunacaq.

E-Polis mobil tətbiqini “App Store” və ya “Google Play”dən yükləmək olar.

Əvvəlki məqalə

Gürcüstanda ABŞ-nin Avropa Komandanlığının xüsusi qərargahı yaradılacaq

Sonrakı məqalə

Məşhur kinorejissorun baxımsız məzarı yenilənib –