Əcnəbilərin Rusiyada vizasız müvəqqəti qalma müddəti iki dəfə azaldılıb

Əcnəbilərin Rusiyada vizasız müvəqqəti qalma müddəti iki dəfə azaldılıb.

Bu gündən, yəni yanvarın 1-dən Rusiyaya vizasız gələn xarici vətəndaş il ərzində 90 gündən çox Rusiya Federasiyası ərazisində qala bilməz.

İndiyə kimi uzunmüddətli vizası olmayan əcnəbilər Rusiya Federasiyasının ərazisində 6 ay ərzində 90 gün qala bilirdilər.

Rusiya Daxili İşlər Nazirliyindən bildirilib ki, yeni qayda ölkəyə təhsil almaq üçün gələn, patent almış (işləmək icazəsi üçün sənəd-red), işəgötürənlə əmək münasibətləri olan və ya digər hüquqi statusu olan əcnəbilərə şamil edilməyəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.