“Əks-hücum əməliyyatı ümidləri doğrultmadı”- Ukrayna Təhlükəsizlik Şurasının katibi

“Ukrayna ordusunun əks-hücum əməliyyatı Kiyevin ümidlərini doğrultmadı”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

“Əks-hücum üçün ümidlər var idi, lakin reallaşmadı”, – o bildirib.

Danilovun sözlərinə görə, hazırda cəbhədə çox çətin vəziyyət yaşanır.

“Ukrayna hökuməti və Ukrayna ordusunun komandanlığı əks-hücum üçün həddən artıq optimist planlar qurublar. Güman edilirdi ki, qoşunlar Rusiya ordusunun işğal etdiyi əraziləri geri qaytara biləcəklər. Həmçinin Krıma tədarük xətlərinin kəsilməsi nəzərdə tutulurdu. İnsanlar bəzən səhvə yol verir. Sən bütün ömrün boyu əla tələbə ola bilməzsən”, – Danilov qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

ADMİU nəzdində Humanitar Kollecdə 100 illik yubiley qeyd edilib –

Sonrakı məqalə

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək