Ötən gün “Toplum TV” işi ilə bağlı saxlanılan və barələrində cinayət işi başlanılan media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.
İstintaq orqanı hər iki şəxslə bağlı 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edib.
Yaxın saatlarda onlar məhkəmə qarşısına çıxarılacaq. Təqdimatlara məhkəmənin hakimi İlahə Abbasovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Ələsgər Əhmədoğlu (Məmmədli) və Ruslan İzzətli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunurlar(apa).