Əlcəzair Fransadakı səfirini geri çağırıb.
APA Ennahar Online-a istinadən xəbər verir ki, bu qərar rəsmi Parisin Mərakeşin Qərbi Saharaya muxtariyyət verilməsi planını münaqişənin həlli üçün yeganə əsas kimi tanımasından sonra verilib.
Fransa qərarda Mərakeşin suverenliyi altında Qərbi Sahara bölgəsi üçün muxtariyyət planının ərazi üzərində uzun müddətdir davam edən mübahisəni həll etməyin yeganə yolu kimi tanıdığını bildirib.