Naxçıvan Energetika Agentliyinin funksiyaları “Azərenerji”yə verildi –- FƏRMAN

Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmə təkmilləşdiriləcək.

Bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Əvvəlki məqalə

Netanyahu Kolumbiyaya ayaq bassa, həbs olunacaq

Sonrakı məqalə

Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir