Əli İnsanovun şeirlər kitabı çap olunub –"Mənim zindan yuxularım"

Əli İnsanov
Əli İnsanov

Ömrünün 15 ilə yaxınını həbsxana divarları arasında keçirən sabiq səhiyyə naziri, akademik Əli İnsanovun şeirlər kitabı çap olunub.

AzPost gununsesi.info-ya istinadən xəbərinə görə, sabiq nazirin müəllifi olduğu şeirlər həbsxana illərində qələmə alınıb.
Olduqca kədərli notlar üzərində yazılan “Mənim ömür yarpaqlarım” adlı kitabdakı şeirlərdən birini təqdim edirik:

Sənlə  keçən günlərimi, o qayğısız illərimi

Yada salır narın- narın, mənim zindan yuxularım.

Tez -tez yuxuma gəlirsən, məni aparıb gedirsən.

Qoy çin olsun arzularım, mənim zindan yuxularım.

Yuxudan ayılmayaydım, səninlə birgə qalaydım.

Bizi əsir saxlayaydı, mənim zindan yuxularım.

Azadlıq var  yuxularda, xoşbəxt olur məhbuslar da

Oyanıram bitir o da, dörd divardı bütün ətrafım, mənim zindan yuxularım. 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.