Mərkəzi Bankın sədri Elman Rüstəmov son günlər ölkə ictimayyətində rəhbərlik etdiyi qurum üçün tikiləcək inzibati binanın qiymətiylə bağlı gedən müzakirələrə münasibət bildirib.
E. Rüstəmov onlayn mətbuat konfransında qeyd edib ki, Mərkəzi Bank öz vəsaitləri hesabına tikiləcək: “MB büdcədən heç bir vəsait almır. Son 3 ildə dövlət büdcəsinə 7,8 milyardlıq manat vəsait köçürüb. Cari ildə 250 milyon pul köçürməyi planlaşdırılır. Binanın tikintisi 4-5 il çəkəcək”.