Elmar Məmmədyarov vəzifədən çıxarıldı –

Ceyhun Bayramov yeni nazir təyin olundu (SƏRƏNCAM)
16 İyul 2020 - 15:23

Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad olunaraq Xarici işlər naziir təyin edilib.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2020-ci il.

Elmar Məmmədyarov Xarici işlər naziri vəzifəsindən azad edilib.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2020-ci il.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.