Elmar Məmmədyarov vəzifədən çıxarıldı –Ceyhun Bayramov yeni nazir təyin olundu (SƏRƏNCAM)

Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad olunaraq Xarici işlər naziir təyin edilib.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2020-ci il.

Elmar Məmmədyarov Xarici işlər naziri vəzifəsindən azad edilib.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2020-ci il.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Cəbhəyə könüllü getmək üçün qeydiyyata alınanlar arasında qızlar da var” –

Sonrakı məqalə

İlham Əliyev sabiq Ombudsmanla bağlı sərəncam verdi