Əmək müqavilələrinin sayı 1 milyon 791 minə çatıb

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər bu il də əmək müqavilələrinin sayında artıma imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 44,5 min müqavilə və ya 2,6 faiz artaraq 1 milyon 791 minə çatıb. Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Bu ilin 10 ayında əməkhaqqı fondunda daha 13 faiz artım qeydə alınıb.

Ümumilikdə, son 5 ildə əmək müqavilələrinin sayında 35 faiz, əməkhaqqı fondunda 2,6 dəfə artım baş verib.

Əvvəlki məqalə

Cahangir Hacıyev mənimsənilən 6 milyon manata aydınlıq gətirib

Sonrakı məqalə

Polşa Baş naziri kabineti ilə birlikdə istefa verib