“Emosiyaları kənara qoymaq lazımdır!” - Peskov Çeçenistan liderinə irad tutdu

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiya Müdafiə Nazirliyini kəskin tənqid etməsinə reaksiya verib.

Azpost.info xəbər verir ki, Peskov bildirib ki, Çeçenistan lideri Ukraynada keçirilən xüsusi əməliyyata mühüm töhfə verib, lakin çətin anları qiymətləndirərkən emosiyaları kənara qoymaq lazımdır.

“Regionların rəhbərlərinin qiymət vermək hüququ var. O cümlədən, xüsusi əməliyyata böyük töhfə vermiş və verməkdə davam edən Ramzan Kadırovun. O, qəhrəmancasına və effektiv hərəkət edir. Bununla belə, hətta çətin anlarda belə, emosiyalar qiymətləndirmələrdən kənarlaşdırılmalıdır”, – Peskov deyib.

Kadırovun Ukraynada nüvə silahının tətbiqi ilə bağlı təklifini şərh edən Peskov qeyd edib ki, bu, müvafiq doktrinada qeyd olunanlar əsasında baş verir: “Başqa təklif ola bilməz”.

Qeyd edək ki, Ramzan Kadırov xüsusi əməliyyatın komandanlığını və gedişini tənqid edib, həmçinin Ukraynaya taktiki nüvə zərbəsi endirməyə çağırıb.

Azpost.info

Əvvəlki məqalə

Kadırov 3 oğlunu Ukrayna ilə müharibəyə göndərəcəyini açıqlayıb

Sonrakı məqalə

Müayinə üçün KT və MRT-dən niyə istifadə olunur?