“Ən sərt şəkildə qınayırıq”- Şolts Ankaradakı terroru pislədi

Almaniya kansleri Olaf Şolts Ankarada törədilən terror aktını pisləyib.

Azpost.info xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir.

Kansler terror aktının onda dərin sarsıntı yaratdığını bəyan edib.

“Terrorun hər növünü ən sərt şəkildə qınayırıq. Türkiyə ilə həmrəyik. Düşüncələrimiz həyatını itirənlərin ailələrinin yanındadır, yaralılara şəfa diləyirik”, – Şolts qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.