Enerji içkiləri mədə və bağırsaq xərçənginə səbəb ola bilər

Enerji içkilərinin həddindən artıq istehlakı mədə xərçənginə səbəb ola bilər.

Azpost.info xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Rustem Sadıkov deyib.

Onun sözlərinə görə, bu içkilərə görə qalın bağırsaq xərçəngi də yarana bilər.

“Kofein və taurinə görə enerji içkilərinin mədə xərçənginə, eləcə də qalın bağırsaq xərçənginə səbəb ola biləcəyinə dair sübutlar var”, – həkim deyib.

Qastroenteroloq qeyd edib ki, tez-tez enerji içkiləri içmək sinir sisteminin çökməsinə də səbəb ola bilər. Çünki bu halda insan bədəninin nə vaxt yorulduğunu anlamır. Bundan başqa, bu içkilərin içilməsi qan təzyiqini və qan şəkərinin səviyyəsini artırır ki, bu da insult yarada bilər.

“İnfarkt keçirmiş insanlar enerji içkilərindən uzaq dursalar, daha yaxşıdır. Həmçinin ürəyin işemik xəstəliyi, şəkərli diabet, xora, qastrit, damar aterosklerozu və aritmiyadan əziyyət çəkən insanlar üçün bu içkiləri içməmək məsləhətdir”, – mütəxəssis qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.