Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır- PREZİDENT

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.

Bu fikirləri Prezident İlham Əliyev aprelin 26-da Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında səsləndirib.

“Zəngin enerji resurslarına malik olmağımıza baxmayaraq, biz bu məsələni müdafiə edəcəyik”, – deyən dövlət başçısı vurğulayıb ki, ənənəvi enerjiyə sahib olan ölkələr xüsusilə də iqlim dəyişikliyi məsələsində həmrəylik nümayiş etdirməlidirlər.

Əvvəlki məqalə

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Sonrakı məqalə

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi