“Bu qan sizin də əlinizdədir”- Ərdoğan ABŞ-ı və BMT-ni ittiham edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı və Qərb ölkələrini Qəzzada axan qanda, BMT-ni isə fəaliyyətsizlikdə ittiham edib.

Azpost.info xəbər verir ki, Ərdoğan deyib ki, İsrail özünü beynəlxalq hüquqa bağlı saymayana qədər heç bir dövlət təhlükəsiz olmayacaq.

“Dünya televiziyada Netanyahu adlı vampirin vəhşiliyinə baxır. İsrail Qəzzada insanlığı məhv etdi. Ey ABŞ, bu qan sizin də əlinizdədir, Avropanın dövlət və hökumət başçıları, siz bu vampirizmin ortağı olmusunuz. Birləşmiş Millətlər Təşkilatı, əgər siz bütün bəşəriyyət tərəfindən canlı olaraq izlənilən soyqırımı dayandıra bilmirsinizsə, mövcudluğunuzun nə mənsası var?”, – Ərdoğam bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.