Ərdoğan Ankarada baş vermiş terror aktı ilə bağlı təhlükəsizlik toplantısı keçirəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu axşam İstanbulda təhlükəsizlik toplantısı keçirəcək.

APA “NDT”a istinadən xəbər verir ki, Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktından sonra Ərdoğanın rəhbərliyi ilə İstanbulda təhlükəsizlik toplantısı keçiriləcək.

Görüşün İstanbul Atatürk hava limanında keçiriləcəyi bildirilir.

Əvvəlki məqalə

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir

Sonrakı məqalə

“TikTok” Azərbaycanda yeni platformasını təqdim edib