Ərdoğan Ərəb Əmirliklərinə və Misirə rəsmi səfərə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Misir Ərəb Respublikasına rəsmi səfər edəcək.

Prezident Ərdoğan qarşı tərəfin dəvəti ilə fevralın 12 və 13-də BƏƏ-yə, fevralın 14-də isə Misirə gedəcək.

O, fevralın 13-də Dubayda “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusunda keçiriləcək Dünya Hökumətlər Zirvə toplantısına fəxri qonaq və toplantının əsas çıxışçısı qismində qatılacaq.

Səfər çərçivəsində Türkiyənin dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan başda olmaqla bir sıra iştirakçı ölkə rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Prezident Ərdoğanın Qahirəyə səfəri zamanı keçiriləcək görüşlərdə Türkiyə ilə Misir arasında əlaqələrin inkişafı və yüksək səviyyəli ikitərəfli əməkdaşlıq mexanizmlərinin canlandırılması kontekstində atılacaq addımlarla yanaşı, İsrail-Fələstin qarşıdurması da müzakirə olunacaq.

Əvvəlki məqalə

Dünya rekorduçusu 24 yaşında yol qəzasında ölüb

Sonrakı məqalə

“WhatsApp”da terror üçün pul yığan Yusif Əliyev həbs edilib