Ərdoğan G20-də Ukrayna münaqişəsinin dondurulmasını təklif edəcək- DETALLAR (“Bloomberg”)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti zamanı cəbhə xəttində Ukrayna münaqişəsinin dondurulması ilə bağlı təkliflər təqdim edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Həmçinin onun sülh planına Ukraynanın NATO-ya daxil olması və Donbasdakı vəziyyətlə bağlı bir sıra digər müddəalar da yer alacaq.

“Bazar ertəsi G20 liderlərinin Rio-de-Janeyroda keçiriləcək görüşündə Ərdoğan hazırkı cəbhə xəttində münaqişənin dondurulması təklifini təqdim edəcək. Türkiyə lideri Ukraynaya NATO-ya üzvlüklə bağlı danışıqları ən azı 10 il təxirə salmağı təklif edəcək. Donbasın şərqində “demilitarizasiya zonası”nın yaradılması da planlaşdırılır. Ərdoğan Kiyevin Alyansa qoşulmamağa razılıq verəcəyi təqdirdə hərbi yardım almağa davam edəcəyinə zəmanət olaraq beynəlxalq qoşunların yerləşdirilməsini müdafiə edəcək”, – məlumatda deyilir.

Türkiyə hakimiyyətinin fikrincə, Ukraynanın belə bir sövdələşməyə qərar verməsi çətin olacaq. Lakin Ankara hesab edir ki, böhranın həllinə bu cür yanaşma ən realdır.

Azpost.info

Əvvəlki məqalə

Büdcədən AZAL-a 5,9 milyon manat subsidiya ayrılacaq

Sonrakı məqalə

İspaniyada seldə batan avtomobillər 100 manata satılır –