Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Azpost.info xəbər verir ki, Ərdoğan Ankara ilə Vaşinqton arasında münasibətlərin möhkəmlənməsinə ümid etdiyini bildirib.
Türkiyə prezidenti Trampın Ukrayna və Qəzzada nizamlanmaya nail olmaq səylərində kömək edəcəyinə ümidvar olduğunu da qeyd edib.
“Ukraynada müharibə üç ildir davam edir və mənfi nəticələri davam edir. Biz əvvəldən onun diplomatiya yolu ilə həllini müdafiə etdik. Biz ədalətli və sabit dünyanın tərəfdarıyıq”, – Ərdoğan deyib.
Azpost.info