Erkin Qədirli müxalifətin Prezident Administrasiyası ilə görüşünü dəstəklədi:

“Görüşlərin davamı olmalıdır”
01 Mart 2020 - 16:38

“Görüşlərin və danışıqların davamı olmalıdır”.

Azpost.info bildirir ki, bu sözləri REAL-ın Məclsinin üzvü Erkin Qədirli İlqar Məmmədov və digər siyasi partiya rəhbərləri ilə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə olan  görüşlərini şərh edərkən yazıb.

Kobud gerçəklik odur ki, iqtidar – müxalifət münasibətləri olduğu kimi qala bilməz. Hazırkı durum sabit deyil və ölkə üçün təhlükəlidir. Bu münasibətlər ya indikindən daha yaxşı, ya da indikindən daha pis olasıdır. Hər iki yönün öz yandaşları vardır”.

E.Qədirlinin sözlərinə görə, ReAl bu münasibətlərin yaxşılaşmasını istəyir: “İqtidarda da ölkəmizin yararına bunu istəyənlər varsa, biz payımıza düşən məsuliyyəti üzərimizə götürməyə hazırıq. Görüşlərin və danışıqların davamı olmalıdır”.