Erkən qocalmadan necə qorunmaq olar? –Araşdırma

Erkən qocalmadan necə qorunmaq olar?

Azpost.info Jama Network portalına istinadən bildirir ki, Kaliforniya Universitetinin alimləri bu suala əminliklə cavab verirlər – düzgün qidalanmaq lazımdır.

Mütəxəssislərin fikrincə, vitamin və minerallarla zəngin, lakin az miqdarda şəkər əlavə olunan pəhriz lazımdır.

Yalnız qadınların iştirak etdiyi eksperimentin nəticələri göstərib ki, hər qram əlavə edilən şəkər, hətta başqa cür sağlam qidalansanız belə, bioloji yaşı artırır.

Alimlər belə nəticəyə gəliblər ki, gündə orta hesabla 10 qram əlavə edilən şəkər orqanizmi 2,4 ay qocaldır. “Məsələ ondadır ki, əlavə edilmiş şəkərin yüksək miqdarı maddələr mübadiləsini pozur və xəstəliklərin erkən inkişafına gətirib çıxarır”-,deyə ekspertlər izah ediblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.