BMT-nin baş katibi Antoniu Quterreş Ermənistan və Azərbaycan arasında artan gərginlikdən ciddi narahatdır. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib. S.Cüjarrik bildirib: "BMT baş katibi Azərbaycan ilə Ermənistan arasındakı gərginliyi dərin narahatlıqla izləyir. O, hər iki tərəfi maksimum təmkinli olmağa çağırır. İki ölkə arasında tammiqyaslı münaqişə fəlakət olar".