Erməni diversantın üzərindən götürülən ləvazimatlar məlum olub

24 Avqust 2020 - 19:29

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində təxribat törədən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkar olunub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın  üzərindən götürülən əşyalar ictimaiyyətə təqdim edilib.