“Erməni hərbi qulluqçusunu bölmələrimiz öldürməyib” –MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində açılan atəş nəticəsində erməni hərbi qulluqçusunun ölməsi barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.

Bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

“Bu xəbəri qəti surətdə təkzib edirik” -məlumatda qeyd edilir.

Əvvəlki məqalə

XİN Laçın yolunda sərhəd məntəqəsinin təsis edilməsi barədə bəyanat yayıb

Sonrakı məqalə

Laçın istiqamətində mövqelərimiz atəşə tutulub