Ermənilər Füzuli şəhərində məscidi də dağıdıblar

19 Noyabr 2020 - 16:36

Ermənilər Füzuli şəhərində məscidi dağıdıblar.

Məscidin divarları, sütunlar dağıdılaraq yerlə bir edilib.

Qeyd edək ki, bu gün bir qrup jurnalist işğaldan azad edilmiş Füzuli rayonunda olub.

Jurnalistlər erməni vandallarının rayonu işğal altında saxladıqları 27 il ərzində törətdiyi dağıntıların şahidi olublar.