“Ermənilərin sosial psixologiyası müstəmləkə olduğumuz zaman formalaşıb”- PAŞİNYAN

Erməni cəmiyyətində “anti-dövlət” təhtəlşüur var.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistam Baş naziri Nikol Paşinyan parlamentdə deyib.

“Bizim kollektiv sosial düşüncəmiz, başqa sözlə desək, şüuraltımız dövlət əleyhinədir. İndiki sosial psixologiyamız, sosial psixologiyamızın genetikası mahiyyət etibarı ilə biz müstəmləkə, subyekt olduğumuz zaman formalaşıb”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, ermənilərin ən azı 600 il yaşadıqları ölkələr onlara yad olub.

Baş nazir əlavə edib ki, ermənilərin yaşadıqları dövlətlər onlara qəbul etdirilib. Ona görə də onların birinci istəkləri bu dövləti özləri yaratsalar belə, “dövlətdən qurtulmaq”dır.

Azpost.info

Əvvəlki məqalə

COP29-un ilk 3 günü ərzində 123 min sərnişin daşınıb

Sonrakı məqalə

Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə başlayıb